SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir

Tarix:

16-04-2022, 11:29

/ 395 dəfə oxundu.
Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir

 
Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı nitqində beynəlxalq aləmdəki vəziyyət, xarici siyasətimizin gündəliyində olan məsələlər, ötən il əldə edilən nailiyyətlər və görülən işlər barədə əhatəli danışaraq qarşıda duran vəzifələri müəyyən etdi. Cari ilin birinci rübünün yekunları bütövlükdə 2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar yaradır.
Keçən ilin ölkəmizin həyatında çox əlamətdar bir il olduğunu deyən dövlət başçısı vurğulamışdır: «Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır».
Prezident İlham Əliyev beynəlxalq məsələlərə diqqət çəkərək ərazilərimizin bərpası və Böyük Qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsinə toxunaraq bildirmişdir: “İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.”
Xüsusi vurğulanmalıdır ki, Avropa İttifaqının təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşlərinin keçirilməsi, Brüssel sülh gündəliyinin əsasının qoyulması, artıq Minsk qrupu formatına ehtiyacın olmaması, ən əsası, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin tarixə qovuşması Azərbaycanın düşünüımüş beynəlxalq siyasətinin nəticəsidir.
Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil olan iqtisadi inkişafa nəzər salsaq Azərbaycanın ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilərin qənaətbəxş olduğunu görərik. Bu müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir.
Həmçinin, dövlət başçısı ölkənin xarici borcu məsələsinə toxunub. Prezident qeyd edib ki, ötən ilin aprel ayında Azərbaycanın xarici borcu ÜDM-in 18%-ni təşkil edib, hazırda bu göstərici 12,5%-dir : “Yəni, biz bir il ərzində xarici borcumuzu 600 milyon dollardan çox aşağı sala bilmişik”.
Prezident İlham Əliyev müşavirədə əldə olunan bütün nailiyyətləri heç kimdən bir manat belə dəstək almadan öz zəhmətimiz hesabına həll edildiyini vurğulayıb: «Biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik.”
Bu günə qədər cənab Prezident İlham Əliyev tərəfindən verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız son müşavirədə qarşıya qoyulan bütün planların real həyatda öz əksini tapacağına əmindir.
 
 
Aysel Mənsimova - politoloq

Şərhlər

XƏBƏR LENTİ