SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əliyev Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

Əliyev Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

Tarix:

15-05-2017, 19:15

/ 76 905 dəfə oxundu.
Əliyev Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev Seçki Məcəlləsində edilən dəyişiklikləri təsdiqləyib.

xalqxeber.az xəbər verir ki, dəyişiklikdə bildirilir:

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592; 2015, № 5, maddə 490) aşağıdakı dəyişikliklər edilsin:

1. 94.1-ci maddədə, 96.4-cü maddənin birinci cümləsində və 96.5-ci maddədə “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı ilə” sözləri ilə əvəz edilsin.

2. 97.2.2-ci maddənin birinci cümləsində “Mərkəzi Bankdan” sözləri “maliyyə bazarlarına nəzarət orqanından” sözləri ilə əvəz edilsin.

Şərhlər

XƏBƏR LENTİ