SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » PA rəsmisi bir sıra diaspora rəhbərlərini “topa tutdu”

PA rəsmisi bir sıra diaspora rəhbərlərini “topa tutdu”

Tarix:

11-05-2017, 16:36

/ 54 717 dəfə oxundu.
PA rəsmisi bir sıra diaspora rəhbərlərini “topa tutdu”

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin Diasporla iş üzrə sektorunun müdiri Qafar Əliyev son günlər Ukrayna və digər bir sıra ölkələrdə bəzi Azərbaycan diaspor təşkilatları rəhbərləri ilə bağlı xoşagəlməz xəbərlərin yayılmasına münasibət bildirib.

PA rəsmisi Q.Əliyev açıqlamasında deyib ki, bir çox ölkələrdə, o cümlədən Ukraynada, Rusiyada, Qazaxıstanda və bəzi Avropa dövlətlərində diaspora işi ilə bağlı nöqsanlar mövcuddur.

Onun sözlərinə görə, bütün bunlar isə təəssüfedici haldır:

“Dünya Azərbaycanlılarının III və IV qurultaylarında Prezident İlham Əliyev xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarını bir-biri ilə sıx əməkdaşlıq etməyə və həmrəy olmağa və xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizlə əməkdaşlıq etməyə çağırıb. Çox təəssüflər olsun ki, bəzi ölkələrdə diaspora təşkilatlarının birliyinə nail olmaq hələ də mümkün olmayıb. Bu da ondan irəli gəlir ki, bəzi diaspora nümayəndələri diaspor işinin mahiyyətini və xüsusiyyətlərini, məqsədlərini anlamırlar. Onlar elə bilirlər ki, diaspora işi xaricdə müəyyən mövqe qazanıb, təşkilat yaradıb və onun sədri olub özünü tanıtmaqla bitir. Əslində isə diaspora işinin əsas məqsədi və vəzifəsi Azərbaycanın milli maraqlarını xarici ölkələrdə yaxşı səviyyədə təmsil etməkdən, azərbaycanlıların hüquqlarını qorumaqdan, Dağlıq Qarabağ və digər bu kimi məsələlərlə bağlı həqiqətləri yaşadıqları ölkələrin ictimiayyətinə çatdırmaqdan ibarətdir. Bu məsələdə hər hansı bir ayrı-seçkiliyə və qarşıdurmaya yol vermək olmaz. Ona görə də diaspora təşkilatları çalışmalıdır ki, bir araya gəlib, ortaq maraqlar naminə birgə hərəkət etsinlər”.

PA rəsmisi qeyd edib ki, diaspora təşkilatı ilə məşğul olan bəzi şəxslərin sədr seçilmək, İdarə Heyətinə üzv olmaq və digər bu kimi məsələlərə alüdə olması, onları milli məqsədlərdən yayındırır:

“Milli məqsədlər naminə birləşmək və həmrəy olmaq lazımdır”.

“Ölkə.Az”

Şərhlər

XƏBƏR LENTİ