XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Səfir, Konsul və Diaspora təşkilatlarının fəaliyyəti ciddi araşdırılmalıdır - Fuad Muradov isə...

Səfir, Konsul və Diaspora təşkilatlarının fəaliyyəti ciddi araşdırılmalıdır - Fuad Muradov isə...

Səfir, Konsul və Diaspora təşkilatlarının fəaliyyəti ciddi araşdırılmalıdır - Fuad Muradov isə...
23-07-2020, 16:51

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun vəzifədən çıxarılması ilə ölkəmizi xarici ölkələrdə təmsil edən səfir, konsul və Diaspora təşkilatlarının fəaliyyətini diqqət mərkəzinə gətirib.

Prezident İlham Əliyevin son açıqlamalarından aydın göründü ki, Azərbaycanı xarici ölkələrdə təmsil edən səfir və konsullarımızın fəaliyyətində kifayət qədər boşluqlar və daha incə məqamlar var.

Pravda.az xəbər verir ki, yaranmış məlum vəziyyətin aradan qaldırılması, səfir və konsullarımızın fəaliyyətinin araşdırılması, onların lazım gələrdə geri çağırılması yeni XİN başçısı Ceyhun Bayramova həvalə olunub. Əlbətdə Ceyhun Bayramovun bu işləri tez bir zamanda edəcəyi real görünməsə də, yəqin ki, yaxın gələcəkdə ciddi dəyişikliklərin şahidi olacağıq.

Uzun illərdir Azərbaycanı dünya dövlətlərində təmsil edən əksər səfir və konsulların fəaliyyəti, onların böyük biznes şəbəkəsinə sahib olaraq ölkəmizi yaddan çıxardıqları barədə dəfələrlə mətbuatda müxtəlif məlumatlar yer alıb. Bu istiqamətdə səfir və konsullarımızla əlaqəli işləyən Diaspora təşkilatlarının fəaliyyətinin də naşı olması unudulmamalıdır. Onların fəaliyyətinin araşdırılması işi də Diaspora Komitəsinin rəhbəri Fuad Muradovun payına düşür. Azərbaycanın xarici ölkələrdə olan Diaspora təşkilatlarının rəhbərləri səfirlərlə əl-bir olaraq böyük layihələrə imza atmaları, böyük pullar qazanmaları barədə uzun illərdir məlumatlar var.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun bu dövlətdə fəaliyyət göstərən Disapora təşkilatının rəhbəri ilə böyük biznes şəbəkəsi qurması barədə məlumatlar var. Adı ciddi qalmaqallarda və korrupsiya faktlarında hallanan sabiq deputat Elmira Axundova Elmar Məmmədyarovun təqdimatı ilə Ukraynana səfir göndərildi. Sabiq səfir Azər Xudiyevin geri çağırılması üçün istər Elmar Məmmədyarov, istərsə də Diaspora təşkilatları müxtəlif cəbhələrə bölünərək biri -birilərini necə ittiham edirdi.

Diğər bir “X” şəxsin səfir olması üçün Diaspor təşkilatları necə canfəşanlıq göstərir, bir-birilərini necə ittiham edir bunun şahidiyik. Yaxın günlərdə yeni-yeni davaların və qalmaqalların yəqin ki şahidi olacağıq. Çünki belə anlarda biz bunun çox şahidi olmuşuq.

Bütün bu faktlar göstərir ki, bu şəxslərin istəyi dövləti müdafiə yox, böyük pullar qazanmalarına hesablanıb. Hər kəs öz adamının səfir və ya diaspora təşkilatının rəhbəri olmasına çalışır ki, onun vasitəsi ilə böyük pullar qazana bilsin.

Azərbaycanın Diaspora təşkilatları sanki bir ocağa çevirilib. Diqqətlə araşdırılsa onların altında bəlkə də hansısa agentira şəbəkəsi çıxacaq.

Nəticə isə göz qarşısındadır. Son günlər Avropanın müxtəlif ölkələrində, eləcə də Fransa, ABŞ kimi böyük dövlətlərdə keçirilən Qarabağa dəstək mitinqlərinin necə deyərlər razmerinə diqqət edin. Bu yetərlidirmi? Lon-Ancelesdə keçirilən son mitinqin məsuliyyətini kim daşıyacaq? Ermənilərin ən böyük diaspora təşkilatlarının yerləşdiyi bu şəhərdə 50-60 nəfərlə mitinq keçirmək doğrudurmu? Niyə şəhid generalın şəkilləri , Azərbaycan bayrağı ayaqlar altına atılıb tapdanmalı idi? Bu hallar öncədən hesablanmalı və təhlükəsizlik tədbirləri səfirlik və Diaspora təşkilatları tərəfindən hesablanmalı idi.

ABŞ-ın ən böyük erməni diaspora təşkilatının olduğu Los-Anceles şəhərində Qarabağ naminə mitinqi 30 nəfərlər deyil 3 min nəfərlər etmək lazım idi. Çünki ermənilərin nə qədər hiyləgər və xain olduğunu artıq illərdir görürük. Görünür bu tədbirləri keçirən adamlar ermənilərin hiyləgərliyini anlamayıb, naşılıq ediblər. O zaman kənara çəkilməlidirlər, bu işləri bilən adamlara imkan verilməlidir ki, dövlətini, Qarabağını doğru-düzgün müdafiə etsin. ABŞ-da Azərbaycan bayrağını tapdalayan ermənilərə layiqli cavab vermək üçün bundan sonra daha səfərbər olmaq və yeni sistem hazırlamaq lazımdır. Bu isə nə Fuad Muradovun, nə də ABŞ-da bizneslə məşğul olan Diaspora Təşkilatlarının gücü deyil.

Azərbaycan Diaspora təşkilatlarının fəaliyyəti yenidən qurulmalıdır, Fuad Muradovun özünün fəaliyyəti araşdırılmalıdır və onun işlədiyi komandanın kimliyi, Avropa ölkələrində hansı iş gördüyü öyrənilməlidir. Azərbaycan Diaspora təşkilatlarında ciddi araşdırma işləri həyata keçirilməlidir. //Bizimxeber.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.