RƏZALƏT: Azərbaycanın diaspora lideri Ermənistanı təbrik edib
Rusiyanın Rostov vilayətindəki Azərbaycan icmasının rəhbəri Vaqif Mustafayev Ermənistanın “müstəqillik günü” tədbirinə qatılıb.
Yenicag.az-a istinaden xəbər verir ki, bir müddət əvvəl Rostovda Ermənistanın “müstəqillik günü” nə həsr olunmuş tədbirə qatılan Azərbaycan icmasının rəhbəri düşmən ölkəni “əlamətdar gün” münasibətilə təbrik edib.
Çıxış və təbriklə kifayətlənməyən Mustafayev “Ermənistana və erməni xalqına çiçəklənmə arzuladığını” da bəyan edib.
Tədbirdə iştirak edən yüzlərlə erməni Mustafayevin çıxışını alqışlarla qarşılayıb. Ermənistan mediası isə azərbaycanlı icma rəhbərinin mərasimə qatılmasını şövqlə işıqlandırıb.
Bu rəzalətin Azərbaycan mediasında yalnız indi işıqlandırılmasının başlıca səbəbi isə həmin məraism haqqında informasiyanın yalnız erməni resurslarında yayımlanmasıdır.
Qeyd edək ki, bu, müxtəli ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin ermənilərə yönəlik ilk jesti deyil.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?