SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əliyev elə arqumentlər ortaya qoyur ki... – Qazax politoloq

Əliyev elə arqumentlər ortaya qoyur ki... – Qazax politoloq

Tarix:

18-03-2021, 13:06

/ 2 789 dəfə oxundu.
Əliyev elə arqumentlər ortaya qoyur ki... – Qazax politoloq

Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı hərbi əməliyyatların necə keçirilməsi ilə bağlı etdiyi səmimi çıxışları, şübhəsiz ki, dünyanın bir çox siyasətçiləri və orduları üçün böyük örnək olmalıdır.

Bu sözləri qazaxıstanlı politoloq Oljas Əmircanov İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı etdiyi çıxışları şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin Vətən müharibəsi hadisələrindən danışarkən nitqi və jestləri heyranlıq doğurmaya bilməz:

“İlham Əliyev ermənilərin məğlub olmasından danışanda belə elə arqumentlər ortaya qoyur ki, bu, ermənilərin özlərini düşünməyə, hətta mövqeyini dəyişməyə vadar etməyə bilməz. Əliyev bununla bağlı hər çıxışını kifayət qədər obyektiv qurur və hər şeyin mənfi və müsbət tərəflərini götür-qoy edir. Hadrut və Şuşanın azad edilməsinin detallarından isə dünyanın müxtəlif ölkələrinin siyasətçi və hərbçiləri yararlanmalıdırlar.

Vurğulamaq istəyirəm ki, müasir siyasət və hərbi tapşırıqlar nəzəriyyəsi baxımından Azərbaycan unikal bir iş görmüş oldu, digər tərəfdən, nəhəng mənəvi və psixoloji üstünlüyünə baxmayaraq, işğalçı ordunu tamamilə məğlub edərək torpaqlarını azad etməyə müvəffəq oldu. Bu, məhz belə idi, axı faktiki olaraq Rusiya və bəzi Avropa ölkələri Ermənistanın tərəfində idi.

Bu arada hərbi əməliyyatların detalları göstərir ki, Azərbaycan müasir müharibələr tarixində maksimum effektiv və mahiyyət etibarilə “zərgər əməliyyatı” həyata keçirib. 44 günlük müharibə dövründə baş verən hər şey Azərbaycan hərbçiləri və Ali Baş Komandanın vaxtında və səhvsiz atdığı addımların nəticəsi idi”.

Şərhlər

XƏBƏR LENTİ