SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Səudiyyə Ərəbistan Ermənistanla diplomatik əlaqə qurmayan nadir ölkələrdəndir" - İlham Əliyev

"Səudiyyə Ərəbistan Ermənistanla diplomatik əlaqə qurmayan nadir ölkələrdəndir" - İlham Əliyev

Tarix:

9-05-2022, 18:20

/ 423 dəfə oxundu.
"Səudiyyə Ərəbistan Ermənistanla diplomatik əlaqə qurmayan nadir ölkələrdəndir" - İlham Əliyev

 
Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi.

Bunu Prezident İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev qeyd edib ki, biz bu mövqeyi çox yüksək qiymətləndiririk. Dövlət başçısı bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərib.

Şərhlər

XƏBƏR LENTİ