Yekaterinburqda baş verən olaylara obyektiv yanaşmağa, məsul şəxslərin ədalət qarşısında cavab verməsini tələb etməyə çağırırıq-QHT sədri
Son günlərdə Rusiyanın Yekaterinburq şəhərində baş verən və insan hüquqlarına, cəmiyyətin əmin-amanlığına ciddi şəkildə zidd olan hadisə ictimaiyyətin dərin narahatlığına səbəb olmuşdur. Biz bu hadisəni qətiyyətlə pisləyir, zorakılığın və haqsızlığın hər növünə qarşı olduğumuzu bir daha bəyan edirik.
Hüququn, ədalətin və insan ləyaqətinin pozulduğu bu cür halların yaşanması nəinki Rusiyada, ümumiyyətlə, bütün dünyada sülhə, birliyə və sosial sabitliyə təhlükə yaradır. Xüsusilə də mülki əhaliyə qarşı yönəlmiş zorakı davranışlar və təzyiqlər heç bir halda qəbul edilə bilməz.
Biz inanırıq ki, cəmiyyətlər zorakılıqla deyil, dialoqla, hörmətlə və qarşılıqlı anlaşma ilə inkişaf edə bilər. Yekaterinburqda baş verən hadisə bir daha sübut edir ki, dünyada insan hüquqlarının qorunması, ifadə azadlığının təmin olunması və insanlara qarşı ədalətli münasibət günümüzdə daha da vacib və zəruri məsələdir.

Azərbaycan və regionun digər gəncləri, ictimai birlikləri, hüquq müdafiəçiləri bu cür hallara səssiz qala bilməz. Biz beynəlxalq ictimaiyyəti Yekaterinburqda baş verən olaylara obyektiv yanaşmağa, məsul şəxslərin ədalət qarşısında cavab verməsini tələb etməyə çağırırıq.
Zorakılığa yox deyirik! İnsan ləyaqətinə hörmət və ədalət tələb edirik!
Büllur Məmmədova
Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...