SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ölkə ardıcıl iki seçkiyə gedir: gərginlik ola bilərmi? - AÇIQLAMA

Ölkə ardıcıl iki seçkiyə gedir: gərginlik ola bilərmi? - AÇIQLAMA

Tarix:

4-12-2019, 12:09

/ 859 dəfə oxundu.
Ölkə ardıcıl iki seçkiyə gedir: gərginlik ola bilərmi? - AÇIQLAMA

Azərbaycanı ardıcıl olaraq iki seçki gözləyir. Dekabrın 23-də bələdiyyə, gələn ilin əvvəlində isə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Ola bilsin ki, fevralda, ən gec apreldə Milli Məclisin yeni tərkibi formalaşacaq. Seçkilərin təhlükəsiz və sabit şəraitdə keçməsi ən vacib məsələdir.

Çünki maraqlı güclər, xarici dairələr seçkilər ərəfəsində müxtəlif ölkələrə müdaxilə edir, provokasiyalar təşkil olunur, ara qarışdırmağa, təxribat törətməyə can atırlar.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, seçkilər ərəfəsində hansısa provokativ tədbirlər gözləmir. Onun fikrincə, bu seçkilər prinsipial xarakter daşımır deyə təxribat törədə biləcək hansısa addımlar atmaqda maraqlı deyillər: “Söhbət bizi əhatə edən geopolitik qüvvələrdən gedir. Onlar qonşularımızdır. Düşünürəm ki, bu seçkilərdə onların maraqlarına zidd hər hansı proses yoxdur deyə təxribata əl atmayacaqlar”.

Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Arzu Nağıyev də düşünmür ki, Azərbaycanda seçkiqabağı və ərəfəsində təxribatlara cəhd edilsin: “Praktika göstərir ki, həm hüquq-mühafizə orqanları, həm xüsusi xidmət orqanları, eləcə də Sərhəd Xidməti və Müdafiə Nazirliyi gücləndirilmiş iş rejimində çalışırlar. Onlar planlı, koordinasiyalı hərəkət edir, öz funksiyalarını yerinə yetirirlər. Eyni zamanda seçki məntəqələrinə post-patrul nəzarət edir”.

A.Nağıyev heç bir dövlətin təxribatdan tam sığorta olunmadığını hesab edir: “Ancaq hər iki seçkidə irimiqyaslı, hansısa xarici gücün təxribata əl atacağını düşünmürəm. Paralel olaraq, vətəndaşlarımız da bilməlidir ki, qarşıdan mühüm tədbirlər gəlir, ayıq-sayıq olmalıdırlar”.

Şərhlər

XƏBƏR LENTİ