Siyavuş Novruzov niyə arıqlayıb? - “Çəki atıram”
YAP-çı millət vəkili Siyavuş Novruzovun televiziyaların birinin efirindən götürülmüş şəkli dünəndən etibarən sosial şəbəkələrdə müzakirə olunur.
xalqxeber.az xəbər verir ki, sözügedən şəkildə millət vəkili xeyli zəifləmiş və arıq halda görünür. Bu da istifadəçilər arasında millət vəkilinin sağlamlığında problem olması məsələsini gündəmə gətirib.
Sözügedən fotoyla bağlı S. Novruzovla əlaqə saxladıq. S. Novruzov şəkil barədə bunları deyib:
“Birincisi, mənə nə olub, ya da olmayıb, bunun kimə aidiyyatı var? Mətbuat gör nə günə düşüb ki, belə məsələləri müzakirə edir. Güllə ilə vurulmamışam, avtomobil qəzasına düşməmişəm.
İkincisi, uşaqdan böyüyə kimi hamının səhhətində müəyyən problemlər yarana bilər və bu çox normal haldır.
Üçüncüsü, mən istirahətdən yeni qayıtmışam. Sağlam həyat tərzi sürürəm. İdmanla və dieta ilə çəki atıram. Hazırda da öz işimin başındayam. Hər şey qaydasındadır”.
qafqazinfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?