SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » 31 il əvvəl şəhid olan Nurəli Abdullayev dəfn olundu

31 il əvvəl şəhid olan Nurəli Abdullayev dəfn olundu

Tarix:

25-08-2023, 13:17

/ 815 dəfə oxundu.
31 il əvvəl şəhid olan Nurəli Abdullayev dəfn olundu

 
Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Nurəli Abdullayev paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər, qazilər iştirak ediblər.

Şəhid Nurəli Abdullayev yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Nurəli Abdullayev Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.

Şərhlər

XƏBƏR LENTİ