XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Şəhid olan hərbi qulluqçu dəfn edildi

Şəhid olan hərbi qulluqçu dəfn edildi

Şəhid olan hərbi qulluqçu dəfn edildi
15-12-2017, 11:28

Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib.

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu Şabran rayonunun Gəndov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində 19 il xidmət edən F.Salahov ailəli olub, iki oğlu var.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.