SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Yardımlıda torpaq uçqunu oldu, 1 nəfər öldü

Yardımlıda torpaq uçqunu oldu, 1 nəfər öldü

Tarix:

29-12-2022, 15:24

/ 384 dəfə oxundu.
Yardımlıda torpaq uçqunu oldu, 1 nəfər öldü

 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yardımlı rayonunun Gavran kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

XƏBƏR LENTİ