SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Salyanda ağır qəza: ölən var

Salyanda ağır qəza: ölən var

Tarix:

18-09-2022, 17:30

/ 720 dəfə oxundu.
Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Xalqxeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes” markalı yük avtomobilinin qoşqusunun altında 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

XƏBƏR LENTİ