SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ev tikintisi zamanı fəhlə betonun altında qaldı

Ev tikintisi zamanı fəhlə betonun altında qaldı

Tarix:

14-11-2021, 12:20

/ 555 dəfə oxundu.
Ev tikintisi zamanı fəhlə betonun altında qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi evin tikintisi zamanı pilləkəninin uçması nəticəsində uçqun altında qalan 1 nəfərin xilas olunması üçün müraciət daxil olub. Xalqxeber.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikintidə fəhlə işləyən 1987-ci il təvəllüdlü İsmiyev Emin Rövşən oğlunun bədəninin bir hissəsi uçqun nəticəsində beton konstruksiyanın altında qalıb.

Şərhlər

XƏBƏR LENTİ