SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azyaşlını vuraraq hadisə yerindən qaçan rus deputat həbs edildi

Azyaşlını vuraraq hadisə yerindən qaçan rus deputat həbs edildi

Tarix:

31-10-2022, 15:40

/ 555 dəfə oxundu.
Azyaşlını vuraraq hadisə yerindən qaçan rus deputat həbs edildi

Novosibirsk vilayətinin Tatarsk şəhərində "Vahid Rusiya" partiyasından olan deputat Sergey Mamontov azyaşlı uşağı vurduğuna görə 11 sutka həbs edib. 

Bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, vurduğu altı yaşlı uşağı qəza törətdiyi yerdə qoyan 67 yaşlı sürücü məhkəmədə günahını etiraf edib. 

O, məhkəmə tərəfindən Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.27-ci maddəsi ("Sürücünün qəza yerini tərk etməsi") ilə inzibati xəta törətməkdə təqsirli bilinib. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 125-ci maddəsi ("Təhlükə altında buraxma") ilə cinayət işi başlanıb. 

Şərhlər

XƏBƏR LENTİ