SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Piyadanı vurub qaçan sürücü həbs olundu

Piyadanı vurub qaçan sürücü həbs olundu

Tarix:

2-11-2017, 16:38

/ 88 389 dəfə oxundu.
Piyadanı vurub qaçan sürücü həbs olundu

Bakıda piyadanı vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, noyabrın 1-də Xəzər rayonu ərazisində Cəbrayılov Elşən Mustafa oğlunun idarə etdiyi “VAZ-2101” markalı 10-FT-197 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada Qəribov Ceyhun Tərlan oğlunu vurub.
Nəticədə piyada hadisə yerində ölüb. Sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

E.Cəbrayılov noyabrın 2-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Şərhlər

XƏBƏR LENTİ