XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Kənd mühasirəyə alındı - Məhkəmədən qaçan Eşqin tutuldu

Kənd mühasirəyə alındı - Məhkəmədən qaçan Eşqin tutuldu

Kənd mühasirəyə alındı - Məhkəmədən qaçan Eşqin tutuldu
13-05-2017, 16:59

Dünən Şəmkir rayon Məhkəməsindən qaçan Eşqin Murtuzov tutulub.

Bu ilin yanvarında Şəmkir rayonu ərazisində Gəncə sakini olan taksi sürücüsünü quldurluq zəminində öldürüb, avtomobilini ələ keçirən 21 yaşlı E.Murtuzov bu gün günorta saatlarında doğulduğu Seyfəli kəndində yaxalanıb. Polislər əməliyyat məlumatı əsasında kəndi mühasirəyə alıb. Dağlıq ərazi istiqamətindən doğulub böyüdüyü evə yaxınlaşan E.Murtuzov yaxalanacağını görüb yarımçıq tikiliyə sığınıb. Polislər ondan təslim olmasını tələb edib.

Qaça bilməyəcəyini görən gənc təslim olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.