Azərbaycanda jurnalisti öldürən sürücü tutuldu
Əməliyyatçılar isti izlərlə onun kim olduğunu aydınlaşdırıb
Dünən axşam saatlarında Lənkəranda 57 yaşlı xanım jurnalisti vuraraq onu ağır vəziyyətdənhadisə yerində qoyub qaçan sürücü saxlanılıb.
Məlumata görə, əməliyyatçılar isti izlərlə aydınlaşdırıb ki, qaçan sürücü Masallı rayonunun Musaküçə kənd sakini 1958-ci il təvəllüdlü Həsənov Bağı Məmmədhəsən oğludur.
O, piyadanı idarə etdiyi VAZ 21099 markalı maşınla vuraraq aradan çıxa bilib. Hadisə Ələt-Astara magistral yolunun Liman şəhəri ərazisində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında baş verib.
Xatırladaq ki, Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.
D. Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun şair-jurnalist olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...