SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ağsuda polis qadının itmiş pulqabısını tapıb

Ağsuda polis qadının itmiş pulqabısını tapıb

Tarix:

25-05-2021, 12:39

/ 622 dəfə oxundu.
Ağsuda polis qadının itmiş pulqabısını tapıb

Bakı şəhər sakini bir qadın DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək içərisində bank kartları, pul, sənədlər olan pulqabısını Ağsu rayonu ərazisində naməlum şəraitdə itirdiyini bildirib və tapılmasında köməklik göstərilməsini xahiş edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Ağsu Rayon Polis Şöbəsinin ərazidə xidmət aparan əməkdaşları bu barədə məlumatlandırılıb və vətəndaşın pulqabısının tapılması üçün zəruri tədbirlər görülüb. Asayış keşikçiləri qısa zaman ərzində qadını sevindirməyi bacarıb. Belə ki, həmin pulqabı rayon ərazisindəki restoranların birində tapılaraq tam şəkildə sahibinə təhvil verilib.

Qadın müraciətinə operativ reaksiya verdiklərinə görə polislərə öz minnətdarlığını bildirib.

Şərhlər

XƏBƏR LENTİ