Quba rayonunun Xucbala kənd sakini S.Seyidova bu gün günorta saatlarında Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək Qusar rayonu ərazisində yerləşən parkların birində iki azyaşlı övladı ilə istirahət edərkən qızı, 2017-ci il təvəllüdlü Mələyin itkin düşdüyünü bildirib...
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ərazidə axtarışlara başlanılıb və keçirilən tədbirlər nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Övladının itməsi ilə əlaqədar böyük həyəcan hissləri keçirən ana tez bir müddət ərzində qızının tam sağlam halda, heç bir zərər görmədən tapıldığına görə Azərbaycan polisi ilə fəxr etdiyini deyərək DİN və Qusar RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirib.