Bankdan götürdüyü krediti itirdi - Yol polisi tapıb qaytardı
Oğuzda Dövlət Yol Polisi əməkdaşları tapdıqları pul qabını sahibəsinin evinə aparıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 24-də Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar. İçərisində bir qadına məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar. Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı tapmağa nail olublar.
Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona elə öz evində təqdim ediblər. Sevincini gizlədə bilməyən S. Ağababayeva bu pulun onun üçün nə qədər vacib olduğunu və həmin pulqabını da bankdan kredit götürüb evə qayıdarkən yolda itirdiyini bildirib.
Köməksiz vəziyyətə düşdüyü anda polislərin onun yardımına yetişdiyini deyən Oğuz şəhər sakini asayiş keşikçiləri, hər zaman vətəndaşların təhlükəsizliyini təmin edən polislərə dərin minnətdarlığını bildirib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...