SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "MuğanBank"da müştəri bıçaqla mühafizəçinin ağzını kəsdi

"MuğanBank"da müştəri bıçaqla mühafizəçinin ağzını kəsdi

Tarix:

3-02-2020, 15:11

/ 832 dəfə oxundu.
"MuğanBank"da müştəri bıçaqla mühafizəçinin ağzını kəsdi

"MuğanBank" ASC-nin baş ofisində baş verən insidentin detalları məlum olub.

Hadisə parkinq yerinə görə baş verib. Bankın müştərisi avtomobilini bankın sədrinin maşını üçün nəzərdə tutulan yerdə saxlayıb. Bu zaman mühafizəçi müştəriyə yaxınlaşaraq maşını yerindən çəkməyi tələb edib.

Müştəri ilə mühafizəçi mübahisə etməyə və bir-birlərinə nalayiq ifadələr səsləndirməyə başlayıblar.

Sonda isə müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib. (Baku.ws)

Şərhlər

XƏBƏR LENTİ