XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Bu bankın sədr müavini işdən çıxdı

Bu bankın sədr müavini işdən çıxdı

Bu bankın sədr müavini işdən çıxdı
10-05-2017, 13:44

Muğanbank ASC-nin İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov işdən azad olunub.

Bu haqda həmin bankın kadrlar şöbəsindən məlumat verilib.

Məlumata görə, Rasim İsmayılov aprelin 13-dən etibarən öz xahişi ilə işindən azad olunub.

Qeyd edək ki, Rasim Miskin oğlu İsmayılov 2006-cı ildən Muğanbank ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edirdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.