XIZI POLİSİ NARKOTİK MADDƏLƏRİN DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSİ İFŞA ETDİ
Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.
Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...