Balakəndə sistem qoyulan məktəbli komaya düşərək öldü
Balakəndə 3-cü sinif şagirdi ölüb.
Hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir-neçə gün əvvəl soyuq dəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem qoyulub. Sistem qoyulduqdan sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. T. Mahatovun vəziyyəti pisləşdiyi üçün onu təcili Bakı şəhəridəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı T. Mahatov Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da ölüb.
Qeyd edək ki, T. Mahatov 3-cü sinif şagirdi olub.
APA

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...