XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » 23 yaşlı qız burun əməliyyatı zamanı öldü

23 yaşlı qız burun əməliyyatı zamanı öldü

23 yaşlı qız burun əməliyyatı zamanı öldü
13-03-2020, 11:32

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.
Hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.
Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.