XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda virus sindromu: Səhiyyə Nazirliyi niyə susur? - MÜƏMMA

Azərbaycanda virus sindromu: Səhiyyə Nazirliyi niyə susur? - MÜƏMMA

Azərbaycanda virus sindromu: Səhiyyə Nazirliyi niyə susur? - MÜƏMMA
23-01-2020, 11:24

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu son vaxtlarda ölkəmizdə geniş yayılan, insanların əziyyət çəkdiyi soyuqdəymələr haqqında öz fikirlərini bölüşüb.
Gununsesi.org xəbər verir ki, professor insan ölümlərinə səbəb olan ciddiləşən məsələ ilə bağlı öz Facebook hesabında bunları yazıb:
“Rəsmi məlumatlara görə, son 10 gündə ərzində Azərbaycanda 2 nəfər soyuqdəymədən dünyasını dəyişib. 11 yanvarda 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. 12 yanvar 2020 tarixində səhhtinin ağırlaşma səbəbindən vlideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.
20 yanvarda Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb. Xəstə X .İsayevanın səhhətində yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub. Amma bütün bunlara baxmayaraq Azərbaycanda yayılan virusun mənşəyinə dair Səhiyyə Nazirliyi hələ də açıqlama verməyib.
Bu arada, Çindən də qorxulu xəbərlər gəlir. Bu ölkədə fasiləsiz olaraq mənşəyi bilinməyin ağciyər iltihabı hallarının aşkar olunması səbəbilə onlarla insan dünyasını dəyişib. ABŞ Sərhəd müfizəsi və gömrük federal xidməti artıq hava limanlarında karantin sistemi yaradıb, Çindən səfər edənləri xüsusi yoxlamadan sonra ölkəyə buraxır. Çinin ABŞ-la müqayisədə çox yaxınlığında olan Azərbaycanda isə nə Səhiyyə Nazirliyi, nə də ki, Dövlət Sərhəd Xidməti bu barədə heç bir açıqlama vermir. Baxmayaraq ki, Azərbaycanda artıq 2 qeydiyyatda olan ölüm hadisəsi vardır.
Hesab edirəm ki, Səhiyyə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə vətəndaşları təlimatandırmaqla, Dövlət Sərhəd Xidməti isə gömrük orqanları ilə birlikdə Azərbaycana Çindən gələnləri xüsusi tibbi yoxlamalardan keçəndən sonra ölkəyə buraxmaqla əlaqədar təxirəsalınmaz işlər görməlidir. Sonra gec ola bilər, bu təhlükəli virusdan artıq qonşu Gürcüstanda və Rusiyada da ölənlərin sayı artır.
Azərbaycana gəlincə, məktəblərdə aşağı sinif şagirdlərin əksəriyyəti xəstə olduğundan, dərsə gedə bilmir. Onların əksəriyyəti də evdə müalicə olunur.
Mətbuatdan bu məlumatı ictimailəşdirməyi, adı çəkilən əlaqədar orqanlardan da təcili tədbirlə görməyi xahiş edirəm.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.