SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Maşını 1 ton arpa ilə qaçırdı - FOTO

Maşını 1 ton arpa ilə qaçırdı - FOTO

Tarix:

25-11-2019, 12:02

/ 867 dəfə oxundu.
Maşını 1 ton arpa ilə qaçırdı - FOTO

Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olmuşdur. Bu barədə DİN-dən verilən məlumatda deyilir.

Müraciətlə əlaqədar dərhal Xızı RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, Şuraabad qəsəbəsində yaşayan Tükəzban Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobili, eləcə də zərərçəkmişə məxsus 1 ton arpanı oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülmüşdür.

Maşını 1 ton arpa ilə qaçırdı - FOTO


Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ