XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Bakıda Qarabağ qazisi benzin tökərək avtomobilini yandırmağa cəhd etdi – VİDEO

Bakıda Qarabağ qazisi benzin tökərək avtomobilini yandırmağa cəhd etdi – VİDEO

Bakıda Qarabağ qazisi benzin tökərək avtomobilini yandırmağa cəhd etdi – VİDEO
22-11-2019, 13:39

Qarabağ qazisi Salman Xudaverdiyev Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binasının qarşısında benzin tökərək avtomobilini yandırmağa cəhd edib.

Pravda.az-ın məlumatına görə, S.Xudaverdiyev bu səbəb kimi Nərimanov Rayon İcra Hakimiyyətinin ona məxsus torpağı əlindən aldığını göstərib.
O, müraciətlərinə baxılmamasından şikayətçidir.
Əraziyə gələn polis əməkdaşları müdaxilə edərək, hadisənin qarşısını alıblar.
Daha sonra S.Xudaverdiyev BŞİH-də qəbul edilib, problemi dinlənilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.