XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü

Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü

Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü
21-10-2019, 21:02

Abşeron rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Hadisə Abşeron rayonunun Masazır qəsəbəsindəki Masazır - 82 su anbarında baş verib.

Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1994-cü il təvəllüdlü Yusifov Cahil Namiq oğlu işlədiyi su anbarında izoliyasiya işləri apararkən, kustar üsulla hazırlanmış, üzərinə projektor quraşdırılmış işıq dirəyinin yerini dəyişərkən onu elektrik cərəyanı vurub. C.Yusifov hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.