SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

Tarix:

18-07-2019, 12:43

/ 1 082 dəfə oxundu.
“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

“Azərişıq” ASC-nin əməkdaşı faciəvi şəkildə ölüb.

Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, Hökməli qəsəbəsində elektrik naqillərini təmir edən ASC-nin Xırdalan ETSİ-nin elektrik montyoru 1997-ci il təvəllüdlü Mirxan Şeydayevi elektrik cərəyanı vurub.

M. Şeydayev hadisə yerində keçinib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ