XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Tərtərdə əl qumbarası partladı - Ölən və yaralanan var

Tərtərdə əl qumbarası partladı - Ölən və yaralanan var

Tərtərdə əl qumbarası partladı - Ölən və yaralanan var
29-08-2019, 18:15

Tərtər rayonunda döyüş sursatı partlayıb.

Hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, əl qumbarasının partlaması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.