Salyanda ağır yol qəzası baş verib: yaralılar var
Salyan rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub
Mikroavtobusların toqquşması zamanı Astara sakini, 1971-ci il təvəllüdlü Quliyeva Reyhan Orucəli qızı, Lənkəran sakini, 1975-ci il Muradov Cavanşir Cahangir oğlu, Astara sakini, 1966-cı il təvəllüdlü Nəsirov Cəfər İsmayılağa oğlu, Astara sakini, 1971-ci il təvəllüdlü, Hüseynov Teymur Nurəddin oğlu, Astara sakini, 1976-cı il təvəllüdlü Cəfərov Kamran İsimxan oğlu, Lənkəran sakini, 1980-ci il təvəllüdlü Hüseynov Asəf Ağəli oğlu, habelə mikroavtobuslardan birinin sürücüsü - Astara sakini, 1975-ci il təvəllüdlü Rüstəmov Elşən Əziz oğlu, Astara sakini, 1997-ci il təvəllüdlü Nəzərova Aytac Müqəssir qızı, Astara sakini, 1991-ci il təvəllüdlü Nəzirli Cəmil Cəfərağa oğlu, habelə digər mikroavtobusun sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Salyanda ağır yol qəzası baş verib.
Hadisə bu gün səhər saatlarında Sarvan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, sərnişin mikroavtobuslarının toqquşması nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?