SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Keçmiş məhkum qadın aptek işçisini bıçaqla hədələdi, kassanı soydu

Keçmiş məhkum qadın aptek işçisini bıçaqla hədələdi, kassanı soydu

Tarix:

31-08-2018, 17:48

/ 1 321 dəfə oxundu.
Keçmiş məhkum qadın aptek işçisini bıçaqla hədələdi, kassanı soydu

Bakı Ağır Cinayətlər Məhkəməsində aptekçi qadına qarşı quldurluq edən keçmiş məhkum qadının məhkəmə prosesi başlayıb.
Cinayət məcəlləsinin 181.2.3-cü maddəsi ilə təqsirləndirilən Əliyeva Aygün Məhərrəm qızının məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edir.
İttihama görə, 2018-ci il martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.
6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Aygün Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb.

Şərhlər

XƏBƏR LENTİ