Keçmiş məhkum qadın aptek işçisini bıçaqla hədələdi, kassanı soydu

Keçmiş məhkum qadın aptek işçisini bıçaqla hədələdi, kassanı soydu Bakı Ağır Cinayətlər Məhkəməsində aptekçi qadına qarşı quldurluq edən keçmiş məhkum qadının məhkəmə prosesi başlayıb.
Cinayət məcəlləsinin 181.2.3-cü maddəsi ilə təqsirləndirilən Əliyeva Aygün Məhərrəm qızının məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edir.
İttihama görə, 2018-ci il martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.
6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Aygün Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb.
Geri qayıt