SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu

Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu

Tarix:

24-09-2019, 11:51

/ 1 113 dəfə oxundu.
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu

Bakıda “Topaz”da baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində qeydə alınan quldurluq hadisəsi barədə məlumat verilib.

Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

*** 09:55

Bakıda 19 yaşlı gənc “Topaz” mərc oyunları salonundan quldurluq edib.

Hadisə sentyabrın 22-də paytaxtın Təbriz küçəsində baş verib.

Belə ki, Nərimanov Rayon polis İdarəsinin 18-ci Polis Şöbəsinin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində mərc oyunları salonunda quldurluq yolu ilə 200 manat pulu talamaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü E.Yusublu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ