SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda ər və arvadı küçədə ölümcül döydülər - VİDEO

Bakıda ər və arvadı küçədə ölümcül döydülər - VİDEO

Tarix:

27-06-2018, 16:14

/ 1 165 dəfə oxundu.
Bakıda ər və arvadı küçədə ölümcül döydülər - VİDEO

Bakıda döyülmə hadisəsi baş verib.
Sabunçu rayonunun Maştağa yolunda 31 yaşlı Murad Ələkbərli həyat yoldaşı ilə yolla gedərkən naməlum şəxslərlə mübahisəsi düşüb.

Bu zaman onlar Murad Ələkbərlini döyərək xəstəxanalıq ediblər, onun həyat yoldaşına isə yüngül xəsarətlər yetiriblər. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Murad Ələkbərli açıq kəllə beyin travması, alın sümüyünün açıq sınığı və qarnının küt travması xəsarəti alıb, vəziyyəti ağır qiymətləndirilir.

Hadisə barədə Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə məlumat verilib. Faktla bağlı artıq cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ