Kişi həyat yoldaşının boğazını kəsdi - Bakıda
Bakıda kişi həyat yoldaşının boğazını kəsib.
Hadisə Xəzər rayonunda baş verib. Rayonun Şüvəlan qəsəbəsində yaşayan, 1973-cü il təvəllüdlü Ağayev Əfqan Teymur oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağayeva Lalə Eduard qızını bıçaqlayıb.
Ə.Ağayev həyat yoldaşının başını kəsməyə cəhd edib və boğaz nahiyəsindən bıçaqlayıb. Qadının yaxınlarının köməyi ilə yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, əməliyyat olunan L. Ağayevanın vəziyyəti ağır qiymətləndirilsə də, sabitləşib.
Hadisəni törədən Ə.Ağayev saxlanılıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?