Bakıda “BMW” yolu keçmək istəyən piyadaları vurdu - 1 ölü, 3 yaralı
Bu gün səhər saat 8 radələrində Nizami rayonu, "Ruslan 93" marketin qarşısında 4 piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Belə ki, piyadalar işıqforun onlar üçün yanan yaşıl işığında yolu keçərkən, "BMW" markalı minik avtomaşını onları vurub.
Yaralılar təcili tibbi yardım avtomaşın ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.
Lənkəran rayon sakini olan, 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı xəstəxanaya çatdırılsa da, ağır xəsarətlər aldığından dünyasını dəyişib. Digər yaralılar - 1993-cü il təvəllüdlü Ağazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlü Rzayev Rafiq Mədət oğlu həkimlər tərəfindən müayinə olunublar.
Dəyanət Ağazadəyə qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol baldır sümüyünün açıq sınığı, İlham Ağazadəyə hər iki aşağı ətrafın əziyi və sıyrıntısı, Rafiq Rzayev isə qapalı kəllə-beyin travmatik şok diaqnozu qoyulub. Dəyanət Ağazadə ilə Rafiq Rzayevin vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. İlham Ağazadənin isə vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, Dəyanət ilə İlham Ağazadə əmioğludurlar və hadisə baş verən zaman "Azərsun Holdinq"ə işə gedirmişlər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hadisə yeri müayinə olunub. Hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Avtotexniki ekspertiza təyin olunduqdan sonra fakta hüquqi qiymət veriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...