Rusiyada azərbaycanlıların iştirakıyla dava - 150 nəfər olublar
Nijni Novqorodda topdansatış meyvə-tərəvəz bazarında Azərbaycan və Tacikistan vətəndaşları arasında kütləvi dava baş verib.
Rusiya KİV-nə istinadən xəbər veririk ki, davada təxminən 150 nəfər iştirak edib. Konfliktə səbəb azərbaycanlı satıcı ilə özbək alıcı arasındakı dava olub. Belə ki, sonuncu avtomobilini azərbaycanlıya aid piştaxtanın qarşısında saxlayıb. Satıcı maşını həmin yerdən uzaqlaşdırmağı tələb edəndə ikili arasında dava başlayıb. Şahidlərin sözlərinə görə, özbək alıcının “azərbaycanlılar arasında kişi yoxdur” deməsi davanın daha da qızışmasına səbəb olub.
Nəticədə azərbaycanlılar alıcını döyərək bazardan qovublar. Növbəti gün özbək qisas almaq üçün bir qrup taciklə qayıdıb. Onlar bazara bir neçə maşınla, üzərlərində daş, armatur çubuqlar və bıçaqlarla gəliblər.
Dava hadisə yerinə polisin gəlməsi ilə başa çatıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır