XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyüldü - Video

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyüldü - Video

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyüldü - Video
19-09-2017, 09:10

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb.

Dünən saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər paytaxtda avtobus sürücüləri ilə sərnişinlər arasında tez-tez belə hadisələr baş verir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.