SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda daha bir avtobus sürücüsü döyüldü

Bakıda daha bir avtobus sürücüsü döyüldü

Tarix:

27-10-2017, 11:43

/ 113 294 dəfə oxundu.
Bakıda daha bir avtobus sürücüsü döyüldü

Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb.

Hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında baş verib.

70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib. Mübahisə zamanı o, orta yaşlı kişi tərəfindən döyülüb. Ehtimal edilir ki, hadisəni törədən şəxs sərnişin olub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis orqanına məlumat verilib.

Şərhlər

XƏBƏR LENTİ