XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » İtin dişlədiyi 5 yaşlı uşaq öldü

İtin dişlədiyi 5 yaşlı uşaq öldü

İtin dişlədiyi 5 yaşlı uşaq öldü
17-08-2017, 16:39

İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib.

Həmin azyaşlı bu gün vəfat edib. Məsələ ilə bağlı Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasının baş həkiminin müavini Sərvər Hüseynli bildirib ki, azyaşlı xəstəxanaya gətirilərkən vəziyyəti çox ağır olub: “Orada daha bir vaksin də vurulub. Amma həkimlərin bütün səylərinə baxmayaraq xəstə bir az əvvəl vəfat edib”.

Xatırladaq ki, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev AzVision.az-a bildirib ki, həmin gün şəhərin 10 və 11-ci mikrorayon ərazisində 10 nəfəri it dişəyib:"Onların hamısına vaksin vurulub, heç birində quduzluq əlaməti yoxdur. Yalnız bu uşaqda ağırlaşma olub. İti isə artıq necə gündür tapa bilmirlər. Lazımi qurumlara tələb xarakterli məlumat verilib. Lakin heç bir iş görülməyib. Küçədə itlər insanları parçalayır. Ya bu itləri yığışdırın, ya da nəsə edin. İt insandan dəyərli olub. Ayda 4-5 nəfəri it parçalıyr və tədbir görülmür. Qalmışıq bu itlərin əlində”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.