XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » “Nizami” stansiyasında texniki nasazlıq - Sərnişinlər düşürüldü

“Nizami” stansiyasında texniki nasazlıq - Sərnişinlər düşürüldü

“Nizami” stansiyasında texniki nasazlıq - Sərnişinlər düşürüldü
3-09-2024, 17:38

 Metronun “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib. 

Bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.

Xəttə dərhal ehtiyat qatar buraxılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.