“Nizami” stansiyasında texniki nasazlıq - Sərnişinlər düşürüldü

“Nizami” stansiyasında texniki nasazlıq - Sərnişinlər düşürüldü  Metronun “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib. 

Bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.

Xəttə dərhal ehtiyat qatar buraxılıb.
Geri qayıt