SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb

Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb

Tarix:

7-05-2019, 10:56

/ 918 dəfə oxundu.
Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax şəhər sakini İlham Qasımov DİN-in “ 102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “ VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib. Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ