Mingəçevirdə mal-qara oğrusu saxlanılıb
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, iyulun 7-də Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən bir neçə şəhər sakini onlara məxsus iribuynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.
Daxil olmuş müraciətlər əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 23 yaşlı Vüqar Mustafayev saxlanılıb. Ətrafında aparılan araşdırmalarla onun ötən ayın 28-dən iyulun 5-dək olan müddətdə ayrı-ayrı şəxslərə məxsus 3 baş iribuynuzlu mal-qaranı oğurladığı aşkar olunub.
Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...