SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qardaş Türk dövlətlərinin işğaldan azad edilən ərazilərin bərpa prossesində iştirakı davam edir

Qardaş Türk dövlətlərinin işğaldan azad edilən ərazilərin bərpa prossesində iştirakı davam edir

Tarix:

26-04-2024, 10:18

/ 526 dəfə oxundu.
Qardaş Türk dövlətlərinin işğaldan azad edilən ərazilərin bərpa prossesində iştirakı davam edir

​​​​ 
Aprelin 24-də Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib, müxtəlif sferaları özlərində ehtiva edən 18 sənəd imzalanıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində də  iştirak ediblər.
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində aprelin 25-də Qarabağda növbəti təhsil ocağının təməli də atılıb.  
Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağı əvvəlcədən proqnozlaşdırılırdı. Çünki Azərbaycan Prezidenti andiçmə mərasimində xarici siyasətimizin əsas prioritet istiqamətinin türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi olduğunu söylədi. 
Aprelin 24-də Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış edərkən dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək. “Belə qardaş münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır”, - deyə dövlətimizin başçısı  vurğulayıb. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.
İndiyədək Orta Asiya dövlətlərindən Özbəkistan və Qazaxıstan işğaldan azad edilmiş ərazilərimizdə inşa olunan məktəb, həmçinin yaradıcılıq mərkəzinin  tikintisinə öz töhfələrini veriblər. Belə ki, 23 avqust 2023-cü ildə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə   Füzulidə inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə 3 hektar ərazidə inşa edilmiş bu məktəb Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi sayılır. Prezident İlham Əliyev bu təhsil ocağını dost və qardaşlığımızın daha bir mərkəzi kimi xarakterizə etmişdir.
Bu ilin mart ayının 12-də isə Prezident İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi keçirilmişdir.
Sadır Japarovun da Qarabağa səfər etməsi Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirir. Bu, dünyaya və Ermənistana verilən mesajdır. Qızğızıstan təbii ehtiyatlarına görə sərmayə cəlb etməyə hazır olan bir ölkədir və Azərbaycan sərmayəçi rolunda çıxış edə bilər. Çinlə sərhəd olması bu ölkənin strateji əhəmiyyətini artırmaqdadır. Səfər zamanı verilən mesajlar mədəni, humanitar, mənəvi, ədəbi əlaqələrin dərinləşməsi baxımından önəm daşıyır. Hər bir azərbaycanlının az qala Azərbaycan yazıçısı hesab etdiyi görkəmli Çingiz Aytmatovun heykəlinin açılması da bu əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilə bilər.
 
Türkan Cümşüdova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ