Qaxda mağazalardan oğurluq edən qadın saxlanılıb
Qax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 3 mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən şəxsin Ağdam şəhər sakini Yaqut İbrahimova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Y.İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum olunduğu və hal-hazırda təqsirləndirilən şəxs kimi axtarışda olduğu məlum olub.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...